Tanınmış futbolçu İsveçrə klubuna keçib – Rəsmi

Benjamin Mendi “Sürix”ə keçib.

Komanda.az İsveçrə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçunun yeni klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Müqavilənin maliyyə detalları məlum deyil.

Mendi əvvəllər “Mançester Siti”də çıxış edib. O, Fransa millisinin heyətində 2018-ci ilin dünya çempionudur. 30 yaşlı müdafiəçi “şəhərlilər”dən başqa, “Monako”dakı çıxışı ilə də tanınır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button