Məşhur futbolçu ehtiyat oyunçular oturacağında siqaret çəkdi – FOTO

“Roma”nın sabiq futbolçusu Raca Nainqqolan növbəti dəfə xoşagəlməz davranışla gündəm olub.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, hazırda “Antverpen”də çıxış edən belçikalı futbolçu “Standard”la çempionat matçından (0:3) əvvəl ehtiyat oyunçular oturacağında “işıq saçıb”.

Meydançanın kənarında siqaret çəkən Nainqqolan kamera obyektivlərinə tuş gəlib. Onun siqaretlə fotosu sosial şəbəkədə rezonans doğurub.

“Antverpen” rəhbərliyi Nainqqolanın davranışından narazı qalıb. Bu hadisədən sonra futbolçu əsas komandadan uzaqlaşdırılıb. İndi o, “Antverpen”in əvəzecidi heyətində məşq edir.

Oktyabrın əvvəlində Belçika mətbuatında Nainqqolanın vaxtı keçmiş sürücülük vəsiqəsi ilə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edildiyi barədə məlumat yayılmışdı. Futbolçu zaminə buraxılıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button