Mərhum şahmatçının atası dəfn olundu

Mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov dəfn olunub.

Komanda.az xəbər verir ki, o, II Fəxri xiyabanda torpağa tapşırılıb.

Qasım Murtuza oğlu Həşimov 1949-cu ildə Goranboy rayonunda anadan olub. Uzun illər Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb.

Vüqarın karyerasında onunla birgə addımlayan Qasım Həşimov oğlunun ilk şahmat müəllimi kimi tanınıb. 2014-cü ildən keçirilən və Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə superturnirin Təşkilat Komitəsinə rəhbərlik edib. 2016-cı ildə rəhbərlik etdiyi Vüqar Həşimov Şahmat Akademiyasını yaradıb.

Azərbaycanın Əməkdar məşqçisi olan Həşimov 2023-cü ildə Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndindəki fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. O, yanvarın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button