Morqdan çəkilən fotolar

Təyyarə qəzasında vəfat edən mərhum futbolçu Emiliano Salanın şəklini yayan iki nəfər saxlanılıb.

Komanda.az xəbər verir ki, Fransa polisi argentinalı futbolçunun bədəninin morqda çəkilmiş şəkillərini oğurlayan və sosial şəbəkədə paylaşan 48 yaşlı qadın və 62 yaşlı kişinin saxlanıldığını açıqlayıb.

Fotonun morqdan necə əldə olunduğunu araşdıran polislər, şəkillərin Salanın ailəsinə mənəvi zərər verməsi səbəbiylə hər iki şəxsi saxlayıb, daha sonra şərti azadlığa buraxıb.

“Nant”dan “Kardif Siti”yə transfer olunan Salanın içində olduğu təyyarə Fransadan Kardiff şəhərinə uçuş zamanı radardan itib. Argentinalı futbolçunun cəsədi fevralın 8-də tapılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button