“Mərhələ adlamaq şansımız var” – “Gent”in baş məşqçisi

Belçikanın “Gent” komandasının baş məşqçisi Heyn Vanhazebruk Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 58 yaşlı belçikalı mütəxəssis 0:1 hesabıyla uduzduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Oyunun 0:0 hesabı ilə bitməsini istəməzdim. Şanslarımız oldu. İlk 20 dəqiqə yaxşı oynadıq. Birinci hissədən sonra üstün olacağımızı düşünürdüm. İkinci hissədə rəqib daha yaxşı oynadı. Ehtiyat heyətdə olan oyunçulardan istifadə edən “Qarabağ” yaxşı çıxış etdi. İstəyərdim ki, əlverişli nəticə ilə buradan ayrılaq. Hələ də növbəti mərhələyə yüksəlmək şansımız var. Növbəti matçda əlimizdən gələni edəcəyik.

Əlbəttə, evdə oynamaq bizim üçün əlavə şansdır. Rəqibin çox güclü ehtiyat oyunçuları var. Ev və səfər qolu fərqi qalmadığı üçün 2 qol vurub növbəti mərhələyə keçə və ya bərabərlik əldə edib matçı penalti zərbələrinə apara bilərik.

Qapıçımın oyunundan razıyam. Rəqibin qapıçısı topu düz üç dəfə itirdi. Biz bu şanslardan yararlana bilmədik. Əgər istifadə edə bilsəydik, meydandan qalib ayrıla bilərdik. Gərək növbəti oyunda belə şanslardan istifadə edək.

Bizim üçün “Qarabağ”da ən böyük sürpriz qapıçı seçimi oldu. Bundan başqa, “Qarabağ”ın əvvəlki oyunlarını izləmişdik. Onların tam fərqli futbol nümayiş etdirdiyini müşahidə etdim. Onların ən böyük üstünlüyü yüksək səviyyəli oyunçularının çox olmasıdır.

Bakıda olan hava şəraiti çox əla idi. Belçikada da hava soyuq idi, amma qar yağmırdı”.

Röşvən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button