“Mərhələ adlamağı çox istəyirdik”
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyada “Viktoriya”ya (Plzen) qarşı keçirdikləri cavab oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
“Yaxşı mübarizə apardıq. Təəssüf ki, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilmədik. Matça yaxşı hazırlaşmışdıq. Mərhələ adlamağı çox istəyirdik. Komanda şəklində vuruşduq və əlimizdən gələni etdik. Amma alınmadı. Avropa Liqasında qələbələr qazanmağa çalışacağıq. Bu gün xalqımızı sevindirə bilmədik. Bütün azarkeşlərə dəstək olduqları üçün təşəkkür edirəm”.
“Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin