“Mərhələ adlamağa layiq idik” – Bojoviç
“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri cavab matçından sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan (ilk oyun 3:2) sonrakı mətbuat konfransında bunları söyləyib:
“Oyuna yaxşı başladıq. Bir neçə epizodumuz var idi. Eyni zamanda, rəqib də yaxşı oyun göstərdi. Onlara qibtə etməkçün səbəblər var idi. VAR-la bağlı bir neçə situasiya oldu və bu, oyunun tempini azaldırdı. Azarkeşlər üçün də ikinci hissə maraqlı keçdi. Bizim üçün narahatverici idi, qol buraxsaydıq, əlavə vaxta ehtiyac olacaqdı. Yaxşı ki, qol buraxmadıq və mərhələ adladıq. “Forza Neftçi”ni 15 yaşı münasibətilə təbrik edirəm. Bu gün bizimlə idilər və ciddi dəstək göstərdilər.
Kubok oyunları elədir ki, cəmi 1-2 matçınız olur və əsas olan mərhələ adlamaqdır. Oynadığımız oyun ürəyimcə deyil, daha yaxşısını istəyirəm. Ancaq düşünürəm ki, bu gün mərhələ adlamağa layiq idik. Oyunu diqqətlə izlədinizsə, oyunda qeyri-müəyyən məqamlar var idi”.
Akif Əhmədov
Bizi Facebook-da izləyin