“Atletiko” onu, o isə “Barselona”nı arzulayır
“Fiorentina”nın futbolçusu Sofyan Amrabat Avropanın böyük klublarının diqqət mərkəzindədir.
Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, “Atletiko” 26 yaşlı oyunçunu transfer etmək istəyir.
Mərakeşli futbolçunun özü də İspaniya La Liqasında oynamaq niyyətindədir. Lakin onun arzusu “Barselona”da forma geyinməkdir.
Bu ilin yanvarında “Barselona” Amrabatı icarəyə götürmək üçün İtaliya klubuna müraciət etsə də, onlar bunu qəbul etməyiblər.
Eyni zamanda, PSJ də yarımmüdafiəçini transfer etmək istəyən klublar arasındadır. Amma mərakeşli futbolçu Liqa 1-də çıxış etmək istəmir.
Amrabat cari mövsümdə “Fiorentina”nın heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Bizi Facebook-da izləyin