“Sevilya” mərakeşli futbolçuya yeni müqavilə təklif edib

“Sevilya” rəhbərliyi hücumçu Yussef En-Nesirini komandada saxlamağı planlaşdırır.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Əndəlusiya klubunun rəhbərliyi artıq afrikalı forvarda yeni müqavilə təklif edib.

En-Nesirinin “Sevilya” ilə müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub. “Yuventus”, “Atletiko”, “Milan”, “Vulverhempton” və “Vest Hem”in israrla transfer etmək istədiyi forvarda “Əl-İttihad”la “Əl-Əhli” də təklif irəli sürüb. Lakin İspaniya klubu Yussefin müqavilə müddətini artırmaqda maraqlıdır. 

O, bu mövsüm “Sevilya”nın heyətində bütün yarışlarda 28 oyun keçirib, 11 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button