“Mərakeşin oyun tərzinə heyranam” – Valbuena
Yunanıstanın “Olimpiakos” klubunun yarımmüdafiəçisi Matye Valbuena Fransa millisi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu Mərakeşin oyun tərzinə heyran olduğunu deyib:
“Məncə, bu barədə əvvəlcədən danışmağa ehtiyac yoxdur. Mən Mərakeş millisini çox bəyənirəm. Onların oyun tərzinə heyranam. Çünki onlar Belçika, İspaniya və Portuqaliyanı üstələyiblər. Bu, inanılmazdır. Lakin onların bəzi futbolçuları zədəlidir”.
Valbuena fransızların finala vəsiqə qazanmaq ehtimalını dəyərləndirib:
“Mən Fransanın finala çıxa bilməmək ehtimalını düşünmürəm. Əlbəttə, asan olmayacaq. Mərakeş ən yaxşı müdafiə xəttinə malik komandadır. Afrikalılar DÇ-2022 ərzində qapılarından yalnız bir qol buraxıblar”.
Fransa millisi bu gün DÇ-2022-nin yarımfinalında Mərakeşlə qarşılaşacaq. Cütün qalibi finalda Argentina ilə üz-üzə gələcək. Məğlub olan komanda üçüncü yer uğrunda Xorvatiya yığması ilə mübarizə aparacaq.
Bizi Facebook-da izləyin