“Məqsədimiz “Qəbələ”yə ikinci matçda da qalib gəlməkdir”

Kiprin “Omoniya” komandasının baş məşqçisi Sofronis Avqusti Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ”yə qarşı keçirəcəkləri cavab matçından öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, matçdan öncəki mətbuat konfransında bunları söyləyib:

“Rəqib elə-belə komanda deyil. İlk oyunda bizi təəccübləndirdi. Məqsədimiz ilk görüşdə olduğu kimi qələbə qazanmaqdır. Asan olmayacaq, amma özümüzə inanırıq. Azarkeşlərin də köməyi ilə müsbət nəticə əldə edəcəyimizə inanıram”.

O, Qəbələdəki ilk oyunu ciddi təhlil etdiklərini söyləyib: “Məşqdə çatışmayan cəhətləri düzəltdik. Avrokuboklarda qalib gəlmək asan deyil. Matça ciddi hazırlaşmışıq. “Qəbələ”nin müəyyən planları olacaq. Öz oyunumuzu göstərməliyik. Məqsədimiz yaxşı oyunla növbəti mərhələyə vəsiqə qazanmaqdır”.

Nikosiyadakı “GSP Arena”da keçiriləcək cavab matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. İlk matçda “Qəbələ” rəqibinə 2:3 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button