“Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir” – Renduliç
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 32-ci turunda doğma meydanda “Səbail”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm, çox yaxşı oynadılar. Ardıcıl üçüncü qələbəmizdir. Oyunun əvvəlində bir az əsəbi idik. Çünki bu matç bizim üçün çox önəmli idi. Qələbəyə layiq idik. Heç vaxt hansısa oyunçunu fərqləndirməmişəm. Amma bu gün Yusuf İmanovu xüsusi qeyd edərdim. Möhtəşəm çıxış etdi. Digər futbolçular da hər şeylərini meydanda qoydular. Amma biz kor deyilik. Gördük ki, çoxlu texniki səhvlərə yol verdik. Son 6 oyunda ilk dəfə qol buraxmadıq. Bu qələbə ilə bizdən geridə olan rəqibləri təzyiq altına saldıq. Sabahdan etibarən növbəti oyun haqda düsünəcəyik.
Mən bura gələndə hər şey mükəmməl deyildi. Heç bir məşqçi sehrbaz deyil, 2-3 aya problemləri həll edə bilməz. Mövsüm ərzində zədəlilərimiz çox olub. Hazırda yaxşı əhval-ruhiyyədəyik. Addım-addım irəliyə doğru getməliyik. Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir. Bilirik ki, çətindir. Amma buna cəhd edəcəyik.
Bizim üc qapıçımız var. Onların üçü də yaxşı çalışır. Təəssüf ki, yalnız birini seçə bilirik. Hazırda növbəti oyunlarda qapıçını dəyişmək üçün səbəb yoxdur. Amma Yusif arxayınlaşmalı deyil. Kim layiqdirsə, oynayacaq.
Mənim fikrimcə, Premyer Liqada klub sayı artdıqca keyfiyyət aşağı düşəcək. Eyni şeyi Bosniya və Herseqovinada gördüm. Azərbaycan, Avstriya, Sloveniya kimi ölkələr üçün komanda sayının az olması yaxşıdır”.
Bizi Facebook-da izləyin