“Məqsədimiz ilk olaraq qrupdan çıxmaqdır” – Elşad Quliyev

Azərbaycanı minifutbol üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Zirə”nin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Quliyev əsas məqsədlərinin qrupdan çıxmaq olduğunu deyib:

“Məqsədimiz ilk olaraq qrupdan çıxmaqdır. Nəticə qazanmaq şansımız da yüksəkdir. Amma komandalar haqqında çox məlumatımız yoxdur. Nəzərə almalıyıq ki, Ukrayna və Bolqarıstan milləri güclü kollektivdirlər. Həmin heyətlərdən klublara oyunçular cəlb oluna bilər”.

Komandanın oyunçusu Bəxtiyar Soltanov isə bu gün son məşqə çıxacaqlarını xatırladıb:

“Sabah yola düşəcəyik. Qrupdan çıxmağı və daha sonra növbəti raundları düşünmək istəyirik”.

“Zirə” F qrupunda “Terra Trak” (Bolqarıstan) və “Andezit” (Ukrayna) ilə görüşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button