
Deşam: “Azərbaycan millisi ilə matçda heç bir riskə getməyəcəm”
Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı baş tutacaq oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, oyun öncəsi fikirlərini bölüşüb:
“Artıq DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmışıq. Killian Mbappedən başqa itkilərimiz də var. Buna baxmayaraq, sabah Fransa millisi olaraq əlimizdən gələni edəcəyik. Çünki məqsədimiz bütün oyunlarda qələbə qazanmaqdır”.
Mütəxəssis Mbappenin durumu haqqında da danışıb:
“Kilianın topuğunda problemlər var. Ona “Real” klubunun tibbi personalı nəzarət edəcək. Buna baxmayaraq, sabahkı matçda heç bir riskə getməyəcəm. Çünki qələbə qazanmaq istəyirik”.
Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:00-da start götürəcək.
Nəzrin
Bizi Facebook-da izləyin



