“Məqsədimiz ən azı dördüncü yeri tutmaqdır” – Lukaku

“Roma”nın hücumçusu Romelu Lukaku A Seriyasının 17-ci turunda “Napoli” ilə oyunda (2:0) komandasının çıxışını dəyərləndirib.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, belçikalı futbolçu “Roma”nın qələbəyə layiq olduğunu bildirib:

“Roma” ikinci hissədəki çıxışı ilə qələbəyə layiq idi. Bu cür “döyüşlər”də iştirak etmək bizim üçün vacibdir, çünki məqsədimiz ən azı dördüncü yeri tutmaqdır”.

“Roma” 17 turdan sonra 6-cı, neapollular isə 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button