“Skudetto bizim hədəfimizdir”

“Milan”ın futbolçusu Kristian Pulişiç komandanın bu mövsümdəki əsas məqsədindən danışıb.

“Qırmızı-qaralar” hazırda A Seriyasında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider “İnter”dən cəmi iki xal geri qalır. Qarşıdakı turda isə Milan derbisi keçiriləcək.

Komanda.az xəbər verir ki, amerikalı futbolçu “CBS Sports”-a açıqlamasında gələcəyə bədbin baxmaq istəmədiyini deyib:

“Çempion ola bilməsək, bunu uğursuzluq saymaq olarmı? Şübhəsiz ki, skudetto bizim hədəfimizdir. Amma gələcəyə bədbin baxmaq istəmirəm. Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Elə mövsümlər var ki, yaxşı oynayırsan, amma heç nə qazanmırsan. Qalibiyyət hissi isə həmişə fərqlidir – bu, bütün zəhmətin mükafatıdır”.

“Milan” – “İnter” qarşılaşması noyabrın 23-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button