“Səudiyyə Ərəbistanının ən böyük klubuna keçdiyim üçün məmnunam”

Teo Hernandes Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transferi ilə bağlı fikirlərini bölüşüb. O, son olaraq “Milan”da çıxış edib.

Komanda.az xəbər verir ki, fransalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında məmnun olduğunu bildirib:

“Səudiyyə Ərəbistanı çempionatının ən böyük klubuna keçdiyim üçün məmnunam. Yeni komandama böyük həvəslə və iddia ilə qoşuluram. Məqsədim komandanın yerli liqadakı liderliyini qorumaqda yardımçı olmaqdır. Azarkeşlərə səmimi qarşılanma və dəstəyə görə təşəkkür edirəm”.

27 yaşlı müdafiəçi 2019-cu ildən “Milan”ın şərəfini qoruyurdu. O, son mövsümdə “qırmızı-qaralar”ın heyətində 49 oyunda iştirak edib, 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button