
Torres: “Mənimlə danışsa, onu vuracam”
“Barselona”nın vingeri Ferran Torres İspaniya superkubokunun final matçında “Real”ın hücumçusu Vinisius Juniora qarşı kobud ifadələr işlədib.
Komanda.az “Movistar”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu matç zamanı Vinisiusu vuracağını deyib:
“Mənimlə danışsa, onun üzünə sillə vuracam. Sadəcə yanıma gəlsin, onu vuracam”.
Sözügedən matçda “kral klubu” 4:1 hesabı ilə qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin