Pulu düşünmür, yeni müqavilə istəyir
“Barselona”nın müdafiəçisi Serxi Roberto klubda qalmaq istədiyini açıqlayıb.
Komanda.az “Esports RAC1”-ə istinadən xəbər verir ki, gələn ilin yayında müqaviləsi başa çatacaq 30 yaşlı futbolçu Kataloniya təmsilçisində çıxışını davam etdirmək istədiyini bildirib:
“Mən müqaviləmin yenilənməsini istəyirəm. Hələlik bu barədə rəsmi danışıqlar aparılmayıb. Baş məşqçi Xavi mənə komandada qalacağımı bildirib.
”Barselona”da çıxış etməkdən qürur duyuram. Həqiqətən, burada oynamaq istəyirəm. Mənim üçün pulun heç bir önəmi yoxdur”.
Serxi Roberto bu mövsüm La Liqa təmsilçisinin heyətində 9 oyun keçirib və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin