“Messinin böyüklüyünü ifadə edəcək söz yoxdur” – “Mançester Yunayted”in futbolçusu

“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines “qızıl top”un “İnter Mayami”nin hücumçusu Lionel Messiyə verilməsindən danışıb.

Komanda.az “Infobae”-yə istinadən xəbər verir ki, argentinalı futbolçu, həmyerlisinin onun üçün qürur mənbəyi olduğunu bildirib:

“Bu, mənim üçün qürur mənbəyidir. Messinin böyüklüyünü ifadə edəcək söz yoxdur. Mənim üçün o, tarixin ən yaxşısıdır.

Onun mənim komanda yoldaşım olması inanılmazdır. O, hər şeydə qalib gəlməyə layiqdir: ilk növbədə, yaxşı insan olduğuna görə. Messi artıq tamamilə hər şeyi qazanıb, ona görə də, hər şeyə layiqdir”.

Oktyabrın 30-da Fransanın “France Football” qəzetinin ötən mövsümün nəticələrinə görə mükafatlandırma mərasimi baş tutub. Səsvermənin nəticələrinə əsasən, “qızıl top” mükafatını Messi qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button