“Mənim üçün Noyer bütün zamanların ən yaxşı qapıçısıdır”

Almaniya millisinin və “Real”ın keçmiş yarımmüdafiəçisi Toni Kroos, ona görə, futbol tarixinin ən yaxşısı olan qapıçının adını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Bayern”in futbolçusu Manuel Noyerin adını çəkib:

“Mən Noyerdən başqa, variantın olduğunu düşünmürəm. Oliver Kanla bir neçə məşq keçirdim, kifayət qədər danışdıq. Amma mənim üçün Noyer bütün zamanların ən yaxşı qapıçısıdır”.

Noyer 2009-2024-cü illərdə Almaniya millisində çıxış edib. 39 yaşlı qolkiper 2011-ci ildən “Bayern”də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button