“Mənim üçün futbol tarixinin ən güclü futbolçusu Messidir”
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu İlkay Gündoğan açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Gündoğan, futbol tarixinin bütün dövrləri üçün ən çox sevdiyi futbolçunun adını açıqlayıb:
“Mənim üçün futbol tarixinin ən güclü futbolçusu Lionel Messidir. Onu izləmək zövqlüdür. Onun oyununu izləyə bildiyim və hələ də onu gördüyüm üçün şanslıyam. Bu mənada başqa futbolçuların da adlarını çəkə bilərəm, məsələn, Zinəddin Zidan və Ronaldinyo. Bir çox ulduz futbolçunu izləmişəm, amma onlardan birini seçməli olsam, bu, Messi olar”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin