
Qavi: “Enrike mənim üçün bir nömrədir”
“Barselona”nın yarımmüdafiəçisi Qavi PSJ-nin baş məşqçisi Luis Enrike haqda fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisə görə xoşbəxt olduğunu deyib:
“Enrike mənim üçün ən yaxşısıdır, bir nömrədir. Mən onun üçün çox xoşbəxtəm, çünki o, buna layiqdir. O, ailəsi və köməkçisi Rafael Paul”.
Enrike 2019-2022-ci illərdə İspaniya millisinə rəhbərlik edib və onun rəhbərliyi altında Qavi yığmada şans qazanıb, tez bir zamanda komandanın vacib üzvünə çevrilib. 55 yaşlı mütəxəssis, həmçinin, 2014/15 mövsümündə “Barselona” ilə Çempionlar Liqasının qalibi olub.
Çempionlar Liqasının mayın 31-də Münhendə keçirilən final matçında PSJ “İnter”i 5:0 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin