
“PSJ-nin prezidentinin əlini sıxmağa hazıram” – Mbappe
“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe PSJ rəhbərliyi ilə münaqişədən danışıb.
Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, fransalı futbolçu maliyyə fərqlərinin tezliklə aradan qaldırılacağını söyləyib:
“Maliyyə fərqlərimiz tezliklə aradan qaldırılacaq. Bu, vəkillərin işidir. Mən bundan narahat deyiləm. Həmişə mənfi cəhətləri görən adamlardan deyiləm. Mənim üçün edilənlərə görə necə minnətdar olacağımı bilirəm.
PSJ-nin prezidenti? Mən onun əlini sıxmağa hazıram”.
25 yaşlı forvardın Paris klubundan bonus borcu olaraq 55 milyon avro təzminat almaq istədiyi daha əvvəl bildirilirdi. O, 2024-cü ilin yayında PSJ-dən “Real”a azad agent kimi keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


