“Bayer” mənə Messi, İnyesta və Xavili “Barselona”nı xatırladır” – Matteus
Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Lotar Matteus “Bayer”in (Leverkuzen) bu mövsümkü çıxışı haqda fikirlərini bildirib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, “Bayer”in oyununu izləməyin maraqlı olduğunu söyləyib:
“Bayer” mənə Messi, İnyesta və Xavili “Barselona”nı xatırladır. Mənim üçün “Bayer” indi dünyanın ən güclü komandasıdır”.
“Bayer” bu mövsüm Almaniya çempionatında 2-ci yerdə olan “Bayern”i 10 xal qabaqlayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin