“Ançelotti tarixin ən yaxşı məşqçisidir” – Sabiq futbolçu
“Real”ın sabiq futbolçusu Predraq Miyatoviç komandanın çalışdırıcısı Karlo Ançelottinin klub tarixinin ən titullu məşqçi olmasına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş futbolçu bunu deyib:
“İlk növbədə, Ançelottini təbrik edirəm. Dünyanın ən yaxşı klubunda ən çox titul qazanan məşqçi olmaq çox vacib faktdır. Bu, bir neçə il əvvəl ağlıma belə gətirə bilmədiyim bir şeydir. Mənim üçün Ançelotti, şübhəsiz ki, onun xarakterini, oyunçulara münasibətini, titullarını nəzərə alsaq, tarixin ən yaxşı məşqçisidir. “Real” çətin ki, bu qədər keyfiyyətləri özündə cəmləşdirən oxşar birini tapsın”.
Ançelotti bir gün əvvəl “Real” tarixinin ən titullu məşqçisi olub.
Madrid klubu dekabrın 22-də İspaniya çempionatında “Sevilya” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin