“Əmin idim ki, bütün oyunda məni izləyəcəklər” – Haland

“Mançester Siti”nin hücumçusu Erlinq Haland Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Dortmund “Borussiya”sı üzərində qazanılan qələbəni şərh edib.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, norveçli futbolçu rəqib komandanın yaxşı oynadığını deyib:

“Mənə mane olmadılar, qol vurdum. Amma rəqib futbolçular yaxşı oynadılar. Tam əmin idim ki, bütün oyunda məni izləyəcəklər. Çünki onların məşqçisi məni çox yaxşı tanıyır.

Dortmund bu gün həqiqətən yaxşı idi. Amma vacib olan üç xaldır. İki gözəl qol vurduq. Düzü, mənim qolum bir az daha yaxşı idi”.

Ötən gün keçirilən oyunda “Mançester Siti” “Borussiya”ya 2:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button