“Bir gün mən də Messi kimi olacam” – “Barselona”nın futbolçusu
“Barselona”nın vingeri Lamin Yamal komandanın sabiq oyunçusu Lionel Messi haqqında danışıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, 16 yaşlı futbolçu “Tuttosport”un “The Youngest” mükafatını alarkən bir gün 36 yaşlı forvardın uğurlarını təkrarlayacağına inandığını deyib:
“Bu, beynəlxalq səviyyədə aldığım ilk mükafatdır. Mən əsl mükafat qazanmaq, daha yaxşı olmaq istərdim. Vaxtilə hətta Messi də bu mükafatın qalibləri arasında idi.
Messi mənim kumirimdir. O, mənə ilham verdi. Mənim heç vaxt başqa kumirim olmayıb. Bir dəfə Messi ilə şəkil çəkdirmişdim, o vaxt məni tanımırdılar. Bir gün mən də onun kimi olacam”.
Yamal bu mövsüm La Liqada 15 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin