“33 yaşımda İngiltərə kimi bir ölkədə oynamağı xəyal etmirəm” – Kroos
“Real”ın yarımmüdafiəçisi Toni Kroos karyerası ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, “Eurosport”a danışan 30 yaşlı futbolçu, gələcək karyerası ilə bağlı bunları deyib:
“Futbolda üç il uzun müddətdir, “Real”da isə üç il daha uzun müddətdir. Mənim haqqımda heç vaxt “Kross Çinə gedir” və ya bunun kimi xəbərlər oxuya bilməzsiz. Bu haqda unudun. Başqa bir yerə getməyimin bir seçim olduğunu xəyal etmirəm. Müqaviləmin sonunda klub rəhbərliyi ilə bir araya gəlib, yaxşı formada olsam, bir il daha burda qala bilərəm. Amma 33 yaşımda İngiltərə kimi bir ölkədə oynamağı xəyal etmirəm”.
2014-cü ildən “Real”ın şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2023-cü ilin iyununadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin