Xavi: “Mənim də başıma belə şeylər gəlib”

“Barselona”nın baş məşqçisi Xavi “Alaves”lə oyununda (2:1) komandanın hücumçusu Robert Levandovskinin komanda yoldaşı Lamin Yamala qışqırması zamanı yaranmış vəziyyəti şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis baş verənlərin normal olduğunu bildirib:

“Düşünürəm ki, onların arasında baş verənləri normal hesab etmək olar. Mənim də başıma belə şeylər gəlib. Mən futbolçu olanda Karles Puyol, Viktor Valdes, David Vilya və Lionel Messi ilə mübahisə edirdim. Bunu qəzet arxivlərini öyrənməklə yoxlaya bilərsiz.

Bu iş zamanı hər yerdə olur, biz buna çox əhəmiyyət vermirik. Levandovski komanda yoldaşlarına həmişə kömək edənlərdəndir. O, Yamala böyük futbolçu olmasına kömək etmək əzmindədir”.

Xatırladaq ki, Levandovski Yamalla heç bir münaqişəsinin olmadığını və “Alaves”lə matçda baş verənlərin normal olduğunu bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button