“Mənim bu məsələdə bacaracağım bir şey yoxdur” – Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 5-ci turu çərçivəsində doğma meydanda “Araz-Naxçıvan”a 0:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

Komanda.az xəbər verir ki, “kimyaçılar”ın çalışdırıcısı matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Rəqibi təbrik edirəm. Oyun elə gedirdi ki, ya heç-heçə olacaqdı, ya da kimsə bir qol vurub qələbə qazanacaqdı. Meydanda mübarizə var idi. Həddən çox mübarizə olanda da futbol ikinci plana düşür. Qol buraxandan sonra çalışdıq ki, oyunu əla alaq, amma olmadı. Növbəti matçlara hazırlaşacağıq. Futbolçular təzə gəliblər. Onlara da zaman lazımdır. Biz də istəyirik ki, yeni gələnlər komandaya uyğunlaşsın. Yəqin, milli fasilə bizə kömək olacaq. Roy Kehatın yoxluğu özünü göstərir. Hücumda “dişli” deyilik. Buna görə də keyfiyyətə çevirə bilmirik. Çempionatı davam edən ölkədən hazır oyunçunu gətirmək üçün klubuna pul verməlisən. Biz də bunu edə bilmirik. Maliyyə baxımından uyğun olanları gətiririk. Məşqçi kimi mənim bu məsələdə bacaracağım bir şey yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button