“Məni vəzifəmdən göndərdilər, buna layiq idim” – Mourinyo
“Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo komandanın vəziyyəti ilə bağlı açıqlama verib.
Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, “qırmızı şeytanlar”dakı problemin nə olması ilə bağlı suala belə cavab verib:
“Mən bu suala cavab verəcək insan deyiləm. Bu, mənim üçün çətindir. Orda keçirdiyim iki mövsüm ərzində komandadakı müsbət keyfiyyətləri hiss edə bildim, amma düzü, üçüncü mövsüm kifayət qədər yaxşı keçmədi. Məni vəzifəmdən göndərdilər, düşünürəm ki, buna layiq idim. Hər halda, baş məşqçi kimi əsas məsuliyyəti mən daşıyırdım. Amma hazırkı reallıq budur ki, komanda indi əvvəlkindən də pisdir. Bu, mənim üçün təəssüfləndirici məqamdır. Bəlkə də, insanlar düşünürlər ki, bundan zövq alıram, amma mən buna görə sevinmirəm. Bu klubda sevdiyim insanlar var, azarkeşlərə hörmət edirəm. Amma düşünürəm ki, hazırda onlar ilk 4-lükdə deyil, 6-lıqda olmaq üçün əziyyət çəkirlər. Komandanın indiki halı keçən mövsüm olduğundan daha pisdir”.
Mourinyo keçən mövsümün dekabrında istefaya göndərilmişdi.
Cari mövsümdə Premyer Liqada keçirdiyi 6 turdan sonra 8 xal toplayan “Mançester Yunayted” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin