
“Bizi təlxəklər əhatə edir” – “Bayer”in hücumçusu
“Bayer”in (Leverkuzen) hücumçusu Viktor Bonifeys “Milan”a keçidinin baş tutmamasından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, işinə ciddi yanaşmadığını deyənlərə də cavab verib:
“Hamı deməyə başladı ki, işimə ciddi yanaşmıram. İndi mən yüksək səviyyəli komandada oynayıram və “Milan” kimi böyük klub mənimlə maraqlanır. Buna baxmayaraq, məni qeyri-ciddi hesab edirlər. Bizi təlxəklər əhatə edir. Həqiqətən qeyri-ciddiyəmsə, amma bu səviyyədə oynayıramsa, icazə verin, belə olum”.
Daha əvvəl İtaliya klubunun nigeriyalı forvardın keçidi üçün cəhdlərini dayandırdığı məlum olub. Bonifeys 2024/25 mövsümündə 27 oyun keçirib, 11 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



