Mbappe: “Parisdə necə qarşılanmaq məni maraqlandırmır”

“Real”ın futbolçusu Kilian Mbappe Çempionlar Liqasının yarımfinalında Madrid klubunun PSJ ilə qarşılaşa biləcəyinə münasibəti ilə bağlı sualı cavablandırıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Parisdə necə qarşılanmaq məni maraqlandırmır”.

Fransalı oyunçu 2024-cü ilin iyul ayında PSJ-dən “Real”a keçib.

Madrid klubu 1/4 finalda “Arsenal”la qarşılaşacaq. Parislilər isə “Aston Villa” ilə görüşəcək. İlk oyunlar aprelin 8-də və 9-da baş tutacaq. Cavab matçları isə aprelin 15-də və 16-da olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button