“Gələcək karyeram haqqında deyilənlər vecimə deyil” – Rakitiç

“Ayaks”dan Frenki de Yonqun transfer edilməsindən sonra “Barselona”dakı gələcəyi müzakirə olunan İvan Rakitiç açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu, Kataloniya klubundan ayrılmaq istəmədiyini bildirib:

“Gələcək karyeram haqqında deyilənlər vecimə deyil. Futbolun necə olduğunu bilirəm. Məni istəyən klubların olması qürurvericidir, amma mən “Barselona”da qalacam. Burda çox xoşbəxtəm. Hər transfer dövründə komandadan ayrılacağım yazılır. Klub rəhbərliyi və baş məşqçi Ernesto Valverde ilə danışmışam. Mənim əsas planım burda qalmaqdır. Klub da eyni düşüncədədir”.

Xorvatiyalı futbolçu ilə “Mançester Yunayted”in yaxından maraqlandığı bildirilir.

2014-cü ildən “Barselona”nın şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2021-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button