Kloppun qərarı onu çox təəccübləndirib

“Liverpul”un və Fransa millisinin müdafiəçisi İbrahima Konate İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp və yığmanın çalışdırıcısı Didye Deşam haqda danışıb.

Komanda.az “France info”-ya istinadən xəbər verir ki, o, eyni zamanda, Kloppun klubdan getmə xəbərinə necə reaksiya verdiyini deyib:

“Deşam, yoxsa Klopp? Bu suala həqiqətən cavab verə bilmərəm!

Mövsümün sonunda Kloppun getməsi xəbərini necə qarşıladım? O, klubun sütunlarından biridir. Mən çox təəccübləndim. Amma o, hər şeyi danışanda niyə bu qərarı verdiyini anladıq. Biz ona ancaq təşəkkür edə bilərik. Məni bu kluba gətirən və indi olduğum oyunçuya çevirən Klopp olub”.

Konate 2021-ci ildən “Liverpul”da çıxış edir. Onun “qırmızılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. 24 yaşlı müdafiəçi bu mövsüm 32 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button