“Məncə, “Qarabağ” mərhələni keçəcək” – “Neftçi”nin futbolçusu

“Neftçi”nin futbolçusu Filip Ozobiç baş məşqçiləri Miodraq Bojoviç barədə danışıb.

Komanda.az xəbər verir ki, Ozobiç Bojoviçlə yaxşı nəticələr qazanacaqlarına inandığını deyib:

“Qışda baş məşqçi dəyişikliyi oldu. Bu şəxs bizə həqiqətən kömək edəcək və daha yaxşı nəticələr qazanacağıq”.

32 yaşlı yarımmüdafiəçi Azərbaycan kubokundakı şanslarından da danışıb:

“Kuboku qazanmaq və liqada ikinci olmaq şansımız var. Bu, realdır. Növbəti matçlarda özümüzü yaxşı tərəfdən göstərmək niyyətindəyik. Bunun sayəsində nəticə əldə etmək mümkündür. Azarkeşləri sevindirmək istəyirik. Mən, oyunçular və baş məşqçimiz əlimizdən gələni edəcəyik”.

 O, “Qarabağ”ın bu gün Portuqaliyanın “Braqa” komandasına qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab matçı barədə də fikirlərini bölüşüb:

“Qarabağ”ın Portuqaliyadakı qələbəsi təsadüf deyil. Komanda Avropa səviyyəsində oyun sərgiləyir. Məncə, “Qarabağ” mərhələni keçəcək”.

Ozobiç 2023-cü ilin yayında “Qarabağ”dan “Neftçi”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button