“Məşqçilər heyətinin bizi hara aparmaq istədiyini başa düşməliyik”
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes komandanın durumu haqda danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bütün komandanın baş məşqçi Ruben Amorimin oyunla bağlı öz baxışına malik olduğunu başa düşdüyünü və buna görə də, oyunçuların etdiklərinə inanmalı olduqlarını deyib:
“Nəticə almadığınız zaman etdiyiniz hər şeyə inamınızı itirməyə başlamaq çox asandır, lakin məncə, inam komanda olaraq sahib olduğumuz əsas şeylərdən biridir. Nə etdiyimizi və komanda olaraq hara getmək istədiyimizi, məşqçilər heyətinin bizi hara aparmaq istədiyini başa düşməliyik.
Bilirsiz, hər dəfə uduzduğunuzda və ya bir şey səhv olanda hər kəsin fərqli şəkildə nə etmək lazım olduğuna dair bir fikri var. Ancaq açıq-aydın, baş məşqçinin öz fikri var və biz bunu başa düşürük”.
“Qırmızı şeytanlar” Premyer Liqanın 20 turundan sonra turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin