Etiraf etdi: “Bu “Mançester Yunayted” Premyer Liqanı qazanmağa hazır deyil”

“Mançester Yunayted”in lideri Bruno Fernandes maraqlı etiraf edib.

Komanda.az DAZN-ə istinadən xəbər verir ki, o, Mançester klubunun bu mövsüm Premyer Liqanı qazanmağa hazır olmadığını söyləyib:

“Mən yaxşı başa düşürəm ki, bu “Mançester Yunayted” Premyer Liqanı qazanmağa hazır deyil. Konkret məqsədimiz ilk dördlüyə düşmək və Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Ancaq daha yüksək məqsəd və bir gün bu çempionluğu qazanmaq arzum üçün hələ də inkişaf etdirəcəyimiz çox şey var”.

“Qırmızı şeytanlar” Premyer Liqanın ilk üç turunda üç xal qazanmağı bacarıb. Komanda həftəsonu evdə “Liverpul”a uduzub (0:3).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button