“Yalnız öz komandama fokuslanmışam” – Adı İngiltərə millisi ilə hallanan məşqçi
“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə millisinin “sükanı arxasına” keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 58 yaşlı çalışdırıcı hazırkı komandasıyla necə uğur qazanacağına fokuslandığını deyib:
“İndi mən “Tottenhem”də mövsümöncəsi toplanışdayam, bu komandanın baş məşqçisiyəm. Başqa heç nə düşünmürəm. Mən yalnız öz komandama və necə uğur qazanacağıma fokuslanmışam. Nahardan sonra yuxuya getdiyim üçün bütün bu söz-söhbətlərdən xəbərim yoxdur. Buna görə də, mətbuatda nə yazdıqlarını bilmirəm”.
İngiltərə yığması 2024-cü il Avropa çempionatının finalında İspaniya millisinə məğlub olub (1:2). Bu uğursuzluqdan sonra komandanın baş məşqçisi Qaret Sautqeyt istefa verib.
Bizi Facebook-da izləyin