“Yuventus”dan təklif aldığını təkzib etmədi – Niderlandlı hücumçu

“Bolonya” klubunun hücumçusu Coşua Zirkzee “Yuventus”a keçə biləcəyi ilə bağlı sualı cavablandırıb. 

Komanda.az “Corriere della Sera”-ya istinadən xəbər verir ki, 22 yaşlı hücumçu Turin klubundan təklif almadığını deməsə də, bütün diqqətini hazırkı komandasına yönəltdiyini söyləyib:

“Mən yalnız növbəti oyun haqqında düşünürəm. Mövsüm başa çatdıqdan sonra gələcək haqqında düşünməyə başlayacam. Qarşıda bizi vacib görüşlər gözləyir”.

Əvvəllər “Yuventus” niderlandlı hücumçuya maraq göstərərək, yay transfer pəncərəsində heyətinə qatmaq istəmişdi. 22 yaşlı forvardın transfer dəyəri 30 milyon avrodur. Keçidin mövsümün sonunda baş tutacağı gözlənilir.

Zirkzee “Bolonya”nın heyətində bu mövsüm 24 oyun keçirib, 9 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button