
Rakitiç həmyerlisinin İtaliya çempionu olacağına inanır
“Barselona”nın və Xorvatiya millisinin sabiq futbolçusu İvan Rakitiç “Milan”ın Luka Modriçlə çempionluq şanslarını dəyərləndirib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, o, 40 yaşlı xorvat yarımmüdafiəçinin cari mövsümdə təsirli oyun sərgilədiyini və komandaya skudetto uğrunda mübarizə aparmağa kömək edə biləcəyini söyləyib:
“Modriç “Milan”da ilk mövsümdə çempion ola bilərmi? Bəli, mümkündür, amma nəticə martda bilinəcək. Mən turnirboyu inkişaf edən komandaları sevirəm. Noyabr və ya fevralda pik formada olmaq vacib deyil – əsas güclü yaz keçirməkdir. Belə olarsa, “Milan” uğurlu baş məşqçi Massimiliano Alleqri ilə çempion ola bilər”.
Modriç “Milan”a bu yay, “Real”dan ayrıldıqdan sonra keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



