
“Tonali texniki cəhətdən məndən qat-qat üstündür” – Qattuzo
İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo yarımmüdafiəçi Sandro Tonali ilə öz oyun üslubu arasında müqayisəyə münasibət bildirib.
“Nyukasl”ın futbolçusu İsrailə qarşı (5:4) keçirilən matçda qələbə qolunu əlavə vaxtda vuraraq, italiyalılara qələbə qazandırıb.
Komanda.az xəbər ki, 47 yaşlı çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında Tonalinin texniki cəhətdən ondan qat-qat üstün olduğunu bildirib:
“Tonali texniki cəhətdən məndən qat-qat üstündür. Mən topa bu qədər ustalıqla sahib ola bilmirdim. Ola bilsin, taktiki baxımdan daha yaxşı idim, amma o hələ də öyrənir. Bütün futbolçularımız inkişaf prosesindədir və onların əzmkarlığına görə minnətdaram”.
Qattuzo iyun ayında İtaliya millisinin baş məşqçisi postuna təyin olunub və bu vəzifədə Luçano Spallettini əvəz edib.
Bizi Facebook-da izləyin



