“Mən tarixə düşmək istərdim, amma kubokla” – Dibala

“Roma”nın yarımmüdafiəçisi Paulo Dibala İtaliya çempionatının 13-cü turunun matçında “Udineze” üzərində qələbədən (3:1) danışıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, komanda üçün əlindən gələni etdiyini deyib:

“Biz bu qələbədən məmnunuq. Komanda üçün əlimdən gələni etməyə, baş məşqçiyə və komanda yoldaşlarıma kömək etməyə çalışıram.

Romelu Lukaku ilə qarşılıqlı əlaqə? Mən onun oyununu başa düşürəm, o da mənim fikrimi. Məncə, bu, sirlərimizdən biridir. Onun gəlişindən bəri meydanda mükəmməl anlaşmaq üçün çox danışdıq və inanıram ki, buna nail olduq. Bu məni xoşbəxt edir. Azarkeşlərin mənə göstərdiyi bütün sevgini geri qaytarmağa çalışmaq üçün bura gəldim. Mən tarixə düşmək istərdim, amma kubokla”.

13 turdan sonra “Roma” 21 xalla A Seriyasında 5-ci pillədə qərarlaşıb. Çempionata “İnter” başçılıq edir (32 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button