Bekhem həyat yoldaşının sirlərini açdı

İngiltərəli keçmiş futbolçu Devid Bekhem həyat yoldaşı Viktoriya ilə münasibətindən danışıb.

Komanda.az “Daily Express”-ə istinadən xəbər verir ki, Bekhem, həyat yoldaşından fərqli olaraq, təmizliyə daha çox önəm verdiyini deyib:

“Mən təmiz və səliqəliyəm, amma Viktoriya yox. O, vaxtaşırı çimir (gülür). Mənim də öskürək adətim var. Bu, onun xoşuna gəlmir.

İnsanlar həmişə düşünüblər ki, Viktoriya mənim geyindiyim şeylərə, saçlarıma və döymələrimə böyük təsir göstərir. Amma mən dəbi sevirəm”.

Devid və Viktoriya Bekhem 1999-cu ildə evləniblər. Cütlüyün üç oğul və bir qız övladları var.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button