“Mən sadəcə, işimi görməyə çalışıram” – “Qarabağ”ın qapıçısı

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsində qurtarış sayına görə üçüncü pillədə yer almasına münasibət bildirib.

Komanda.az “Matç TV”-yə istinadən xəbər verir ki, rusiyalı qolkiper bunun onun üçün çox da əhəmiyyətli olmadığını bildirib:

“Komandanın nəticəsi önəmlidir. Bu siyahıya daxil olmaq xoş və əladır. Amma bu, mənim üçün çox şey ifadə etmir. Mən sadəcə, işimi görməyə çalışıram. Ona görə də, burada heç bir super nailiyyət yoxdur”.

“Qarabağ” qrup mərhələsinin 6-cı turunda Bakıda İsveçin “Hakken” komandasını 2:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə bu turnirin pley-offuna vəsiqə qazanıb. “Köhlən atlar” bu mərhələdə Portuqaliya təmsilçisi “Braqa” ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button