Totti “Roma”nın transfer siyasətini tənqid etdi

“Roma”nın keçmiş futbolçusu Françesko Totti klubun transfer siyasətini tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, ukraynalı hücumçu Artem Dovbikin transferindən danışıb:

“Mən “Roma”nın sistemini hələ başa düşməmişəm. Xaos yaranır. Əvvəlcə bəzi oyunçular gəldi, sonra başqaları. Son gündə daha bir neçə yeni oyunçu ilə müqavilə imzalandı. Çoxlu pul xərcləndi. Dovbik? Klubun bir hücumçuya ehtiyacı var idi, 30 milyona hücumçu tapmaq çox çətindir”.

Dovbik “Jirona”dan “Roma”ya keçib. O, İtaliya çempionatında keçirdiyi üç oyunda qol vurmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button