“Gələcəyi ancaq Allah bilir”

“Roma”nın hücumçusu Temmi Abraham “Çelsi”yə mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Roma”da xoşbəxt olduğunu deyib:

“Mən keçən il etdiyim işi tam şəkildə etməyə fokuslanmışam. Mən burada xoşbəxtəm. Komandamız yaxşıdır. Əla baş məşqçimiz, şəhərimiz, azarkeşlərimiz var. Mən burada xoşbəxtəm, amma gələcəyi ancaq Allah bilir”.

Abraham “Çelsi”nin yetirməsidir. O, 2021-ci ilin yayında 40 milyon avroya “Roma”ya keçib və 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

25 yaşlı hücumçu bu mövsüm romalıların heyətində 10 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button