“Reşfordun “Mançester Yunayted”də qalmasını istəyirəm”
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill İngiltərə klubunun hücumçusu Markus Reşfordun başqa komandaya getməsi ehtimalı haqda danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Reşfordun böyük istedadı var. Düşünürəm ki, belə oyunçularla ayrılmağa dəyməz. Mən onun burada qalmasını istəyirəm. Bütün hallarda, söhbət Reşforddan gedir”.
27 yaşlı forvard İngiltərə Premyer Liqasında 15 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin