
“Real”da əbədi qalmaq istəyirəm” – Braziliyalı futbolçu
“Real”in hücumçusu Vinisius Junior komandadakı gələcəyi ilə bağlı danışıb.
Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu “Real”da əbədi qalmaq istədiyini bildirib:
“Mən “Real”da əbədi qalmaq istəyirəm. Ümid edirəm ki, klub prezidenti Florentino Peres mənim sözlərimi eşidəcək və yeni müqavilə təklif edəcək”.
Dünən Çempionlar Liqasının finalında “kral klubu” Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edib. Qollardan birini braziliyalı futbolçu vurub.
Vinisius 2018-ci ildən “kral klubu”nun şərəfini qoruyur. Tərəflər arasında müqavilə 2027-ci ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin